Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

 

Sizi və bütün Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası öz suveren siyasətini həyata keçirməklə sanballı sosial-iqtisadi uğurlar qazanmışdır. Azərbaycanın nailiyyətləri dünya birliyi tərəfindən etiraf edilmişdir. Bakıda müntəzəm keçirilən mühüm beynəlxalq tədbirlər və görüşlər buna sübutdur.

Fürsətdən istifadə edib məmnunluqla qeyd edirəm ki, Belarus-Azərbaycan əməkdaşlığı ilbəil möhkəmlənir. Bizim şəxsi görüşlərimiz ikitərəfli qarşılıqlı əlaqələrin daha da inkişafı üçün mühüm potensial olduğunu inandırıcı şəkildə nümayiş etdirmişdir. Daimi səmərəli dialoqun dəstəklənməsinin zəruri olduğuna əminəm və tezliklə Azərbaycanda görüşəcəyimizə ümid edirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoş günlər, sülh və qardaş Azərbaycan xalqının firavanlığı naminə ali dövləti vəzifənizdə yeni zəfərlər diləyirəm.

Hörmətlə,

 

 

Aleksandr LUKAŞENKO,

 

Belarus Respublikasının Prezidenti

 

Azərbaycan.- 2013.- 28 may.- S. 3.