Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu!

İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırım.

Hörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına səmimi qəlbdən xoşbəxtlik və cansağlığı, ölkəyə tərəqqi və çiçəklənmə arzulayıram. Qoy, bu əlamətdar bayram Azərbaycan sakinlərinin evlərinə daha çox nemət və məhəbbət, bolluq və əmin-amanlıq gətirsin.

Lap qədimlərdən qardaş xalqlarımız qarşılıqlı hörmət və əməkdaşlıq ənənələrinə sadiq qalmışlar. Bu xoş fürsətdən istifadə edərək ümidvar olduğumu bildirmək istəyirəm ki,  birgə səylərimiz bundan sonra da Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında konstruktiv qarşılıqlı fəaliyyətin hərtərəfli genişlənməsinə yönəldiləcəkdir.

Dərin hörmətlə,

 

 

Rüstəm MİNNİXANOV,

 

Tatarıstan Respublikasının Prezidenti

 

Azərbaycan.- 2013.- 30 may.- S. 3.