Azərbaycan Respublikasının Prezidenti
zati-aliləri cənab
İlham Əliyevə
Zati-aliləri!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Fələstin Dövləti, Fələstin xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunam.
Fürsətdən istifadə edərək azadlıq, öz müqəddəratını təyinetmə və müstəqil Fələstin dövləti qurmaq uğrunda apardığımız mübarizədə göstərdiyiniz dəstək və həmrəyliyə görə Zati-alinizə dərin təşəkkürümüzü çatdırmaq istərdim.
Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və çiçəklənmə arzulamaqdan məmnunluq duyuram.
Hörmətlə,
Mahmud ABBAS,
Fələstin Dövlətinin Prezidenti
Azərbaycan.-2013.-
30 may.- S.3.