Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Cənab Prezident!
Əziz qardaşım!
Dost və qardaş Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə millətim, hökumətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi bildirirəm. Bu mənalı gündə Azərbaycan xalqının haqlı qürurunu və şövqünü ürəkdən paylaşırıq.
Mükəmməl səviyyədəki ikitərəfli münasibətlərimizin və ortaq tarix, mədəniyyət və adət-ənənələrlə bir-birinə bağlanan qardaş xalqlarımız arasındakı güclü həmrəyliyin hər sahədə dərinləşərək gələcək nəsillərə çatdırılacağına inamım sonsuzdur.
Aramızdakı yaxın bağların və həmrəyliyin, xalqlarımız üçün səmərəli olduğu qədər, regionumuzun sülh və rifahının təmin edilməsi baxımından da mühüm olduğunu düşünürəm. Bu çərçivədəki əməkdaşlığımızı qətiyyətlə davam etdirmək yolundakı iradəmiz tamdır.
Fürsətdən istifadə edərək Sizin sağlamlıq və xoşbəxtliyiniz ilə dost və qardaş Azərbaycan xalqının sülh və firavanlığı üçün ən səmimi diləklərimi bir daha bildirirəm.
Hörmətlə,
Rəcəb Tayyib ƏRDOĞAN,
Türkiyə
Respublikasının Baş naziri
Azərbaycan.- 2013.- 30 may.- S. 3.