Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Möhtərəm İlham Heydər oğlu!

 

Polyak xalqı adından Sizi Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Cənubi Qafqaz regionunda Polşanın mühüm tərəfdaşı olmaqda davam etməkdədir. Müsbət əməkdaşlıq atmosferinin ticarət dövriyyəsi və sərmayələrin, həmçinin enerji layihələrinin inkişafına səbəb olacağına əminəm.

Polşa müstəqil Azərbaycanın həm daxili siyasətdə, həm də beynəlxalq arenadakı nailiyyətlərini yüksək qiymətləndirir. Ümid edirəm ki, cari ilin payız aylarında keçiriləcək Şərq Tərəfdaşlığının III Zirvəsi Azərbaycan və Avropa Birliyi arasında münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcəkdir. Avropa Birliyi ilə assosiativ müqavilə və vizasız hərəkət perspektivi rəhbərlik etdiyiniz ölkənin sosialiqtisadi modernləşməsinə mühüm töhfə verə biləcəkdir.

Azərbaycan xalqına və şəxsən Sizə olan ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Dərin hörmətlə,

 

 

Bronislav KOMOROVSKİ,

Polşa Respublikasının Prezidenti

 

Azərbaycan.- 2013.- 30 may.- S. 3.