Azərbaycan Prezidenti İlham Əliyev ABŞ senatoru
Riçard Luqarı qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da ABŞ senatoru Riçard Luqarı qəbul etmişdir.
Görüşdə
Azərbaycan ilə ABŞ arasında ikitərəfli
münasibətlərin müxtəlif sahələrdə
uğurlu inkişafından məmnunluq ifadə olundu,
Bakıda keçirilən "Gələcəyə
baxış" Azərbaycan-ABŞ Forumunun yüksək səviyyədə
təşkil olunduğu qeyd edildi, forumun ölkələrimiz
arasında əlaqələrin daha da möhkəmləndirilməsi
baxımından önəmi vurğulandı.
AzərTAc
Azərbaycan.- 2013.- 30 may.- S. 2.