«Əmək pensiyaları haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər
tutaraq qərara alır:
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 3, maddə 208, ¹12, maddə 1019; 2007, ¹ 12, maddə 1194; 2008, ¹ 4, maddə 254, ¹ 6, maddə 464, ¹ 7, maddə 602, ¹ 8, maddələr 699, 710; 2009, ¹ 6, maddələr 395, 399, ¹ 11, maddələr 877, 879; 2010, ¹ 7, maddə 579; 2011, ¹ 4, maddə 267, ¹ 6, maddə 465, ¹ 7, maddə 597, ¹12, maddə 1109; 2012, ¹ 11, maddələr 1037, 1044; Azərbaycan Respublikasının 2013-cü il 22 fevral tarixli 573-IVQD nömrəli qanunu) aşağıdakı məzmunda 31.2-1-ci maddə əlavə edilsin:
"31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 aprel 2013-cü il
Azərbaycan.- 2013.- 30 may.- S. 2.