Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstanın xarici işlər
nazirinin başçılıq etdiyi nümayəndə heyətini
qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Əfqanıstanın
xarici işlər naziri Zalmai Rassulun başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Xarici
işlər naziri Zalmai Rassul Əfqanıstan Prezidenti Həmid
Kərzainin salamlarını dövlət
başçısına çatdırdı.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, Azərbaycanın Əfqanıstanla bağlı müxtəlif beynəlxalq humanitar proseslərdə iştirakının əhəmiyyəti qeyd edildi, ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığının bundan sonra da davam etdiriləcəyinə əminlik bildirildi.
Dövlət
başçısı Prezident Həmid Kərzainin
salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Əfqanıstanın dövlət
başçısına çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.- 2013.- 31 may.- S. 3.