Azərbaycan Prezidenti İlham Əliyev BMT Sivilizasiyalar Alyansının rəhbəri, BMT baş katibinin ali nümayəndəsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da BMT Sivilizasiyalar Alyansının rəhbəri, BMT baş katibinin ali nümayəndəsi Nassir Əbdüləziz Əl-Nasseri qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə BMT-nin ayrı-ayrı strukturları, o cümlədən  BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı məmnunluqla vurğulandı, müxtəlif  mədəniyyətlərin və sivilizasiyaların bir-birinə yaxınlaşmasında II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd olundu və əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2013.- 31 may.- S. 3.