Azərbaycan Prezidenti İlham Əliyev İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrini qəbul etmişdir.

Görüşdə ölkələr və xalqlararası əlaqələrin genişləndirilməsində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəmi qeyd olundu, Forumda müzakirə edilən məsələlərin əhəmiyyəti vurğulanaraq bu məsələlərin müxtəlif mədəniyyətlərin bir-birinə daha da yaxınlaşması işinə xidmət edəcəyi bildirildi.

Söhbət zamanı həmçinin Azərbaycan ilə İSESCO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə  əminlik ifadə olundu.

 

 

AzərTAc

 

Azərbaycan.- 2013.- 31 may.- S. 3.