Azərbaycan Prezidenti İlham Əliyev UNESCO-nun
baş direktoru xanım İrina Bokovanı qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da
UNESCO-nun baş direktoru xanım İrina Bokovanı qəbul
etmişdir.
Görüşdə
Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın
uğurla inkişaf etdiyi vurğulandı, bu əlaqələrin
gələcək illərdə də davam etdiriləcəyinə
əminlik ifadə olundu.
Görüşdə
həmçinin II Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun yüksək səviyyədə təşkil
olunduğu qeyd edildi, mədəniyyətlərarası əlaqələrin
möhkəmləndirilməsində və ölkələr
arasında humanitar sahədə əməkdaşlığın
genişləndirilməsində bu cür beynəlxalq tədbirlərin
önəmi vurğulandı.
Söhbət
zamanı Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın
perspektivləri ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2013.- 31 may.- S. 3.