Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Senatının Kəşfiyyat
üzrə Xüsusi
Komitəsinin sədr müavininin başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da
ABŞ Senatının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin
sədr müavini senator Saksbi Çamblissin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
Mayın 29-da Bakıda "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunun yüksək səviyyədə keçirildiyini vurğulayan Prezident İlham Əliyev ABŞ-dan 300-dən artıq nümayəndənin iştirak etdiyi tədbirdə tərəfdaşlığımıza dair aparılan məhsuldar müzakirələrin önəmini qeyd etdi.
ABŞ Senatının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədr müavini senator Saksbi Çambliss istər ulu öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə böyük inkişafın şahidi olduqlarını dedi. O, ölkələrimiz arasında bir çox sahələrdə yaxşı tərəfdaşlıq əlaqələrinin inkişafına görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji, terrorizmə qarşı mübarizə, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirildi, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə
həmçinin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı
danışıqlar prosesi ətrafında fikir mübadiləsi
aparıldı.
AzərTAc
Azərbaycan.- 2013.- 30 may.- S. 8.