Azərbaycan və Türkiyə
arasında hərtərəfli əlaqələrdən məmnunluq
ifadə olunmuşdur
Mayın 30-da Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədr müavini Mehmet Sağlam ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə tam əminlik ifadə olunmuşdur.
Görüşdə Əbülfəs Qarayev Azərbaycan və Türkiyə əlaqələrinin tarixinə nəzər salmış və ölkələrimiz arasında mövcud siyasi, iqtisadi, mədəni əlaqələrdən danışmışdır.
İkinci Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən
danışan nazir belə tədbirlərin
mədəniyyətlərarası təcrübənin
yayılmasında önəmindən bəhs etmişdir.
Ölkələrimiz
arasında mədəni əlaqələrin yüksək səviyyədə
olduğunu vurğulayan tərəflər Azərbaycanda və
Türkiyədə qarşılıqlı mədəniyyət
günlərinin keçirildiyini və
qarşılıqlı səfərlərin əhəmiyyətini
xüsusilə vurğulamışlar.
Azərbaycanın
qardaş Türkiyə ilə əməkdaşlığının
hər sahədə genişləndiyini vurğulayan Əbülfəs
Qarayev əlaqələrin inkişafı üçün
böyük potensialın olduğunu xüsusilə qeyd
etmişdir.
Mehmet
Sağlam forumda iştirakından məmnunluğunu dilə gətirmişdir.
Görüşdə
ikitərəfli, regional və beynəlxalq məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2013.- 31 may.- S. 5.