Dövlət Neft
Şirkətində Fransa nümayəndə
heyəti ilə görüş keçirilmişdir
Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) İkinci Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gələn Fransa nümayəndə heyəti ilə görüş keçirilmişdir.
AzərTAc xəbər verir ki, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Azərbaycan-Fransa münasibətlərinin inkişafında qarşılıqlı səfərlərin, görüş və fikir mübadilələrinin mühüm rol oynadığını qeyd etmiş və iki ölkə arasında dialoqun gücləndirilməsi baxımından Bakı Forumunun əhəmiyyətini xüsusi vurğulamışdır.
Fransa
Milli Assembleyasında Azərbaycan-Fransa dostluq qrupunun
vitse-prezidenti Jean-Luc Reitzer Fransa ilə Azərbaycan arasında
əlaqələrin getdikcə möhkəmləndiyini qeyd
etmiş, Avropanın enerji təhlükəsizliyi baxımından
ölkəmizin rolunu yüksək qiymətləndirmişlər.
Fransalı deputatlar Heydər Əliyev Fondu tərəfindən
təşkil edilən bu səfərin onlara Azərbaycanın
zəngin tarixi və mədəniyyəti, ölkədə
gedən müasirləşmə və quruculuq işləri
ilə yaxından tanış olmaq imkanı verdiyini
bildirmiş, Azərbaycan xalqının qonaqpərvərliyinə
heyran qaldıqlarını söyləmişlər.
Azərbaycan.- 2013.- 31 may.- S. 6.