Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Azərbaycanın Respublika Günü münasibətilə yunan xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Sizin Yunanıstana səbirsizliklə gözlədiyim rəsmi səfəriniz hər iki xalqın mənafeyi naminə ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərini daha da inkişaf etdirəcəkdir.

Fürsətdən istifadə edərək qardaş Azərbaycan xalqına tərəqqi və rifah, Sizə isə möhkəm cansağlığı diləyirəm.

Səmimiyyətlə,

 

 

Karolos PAPULYAS,

Yunanıstanın Prezidenti

 

Azərbaycan.- 2013.- 31 may.- S. 4.