Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Serbiya Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi, ölkənizin tərəqqisi və xalqınızın rifahı naminə ən yaxşı arzularımı Zati-alinizə çatdırmaqdan məmnunam.

Xalqlarımız arasında ənənəvi dostluq, qarşılıqlı dəstək və anlayışa əsaslanan hərtərəfli əlaqələrimiz  barədə bu yaxınlarda Bakıda etdiyimiz söhbətlər mənə belə bir inam verir ki, qarşılıqlı fayda naminə bütün sahələrdə əməkdaşlığımızı inkişaf etdirmək üçün bu əlaqələrimizi uğurla davam etdirəcəyik.

Zati-aliləri, Bakıda keçirdiyimiz görüşlərin və Sizin qonaqpərvərliyinizin unudulmaz xatirələri ilə dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

 

Tomislav NİKOLİÇ,

Serbiyanın Prezidenti

 

Azərbaycan.- 2013.- 31 may.- S. 4.