Braziliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnaməni dəstəkləyir

 

Braziliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və  Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi 4 qətnaməni dəstəkləyir və orada təsbit olunan bütün müddəaların dərhal həyata keçirilməsinin tərəfdarıdır.

AzərTAc xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan Braziliya parlamentinin xarici əlaqələr və müdafiə komitəsinin sədri Nelson Pelleqrino bildirmişdir.

Qonaq demişdir ki, Braziliya dövləti Ermənistanın işğal etdiyi ərazilərdən olan qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasını və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını istəyir.

 

Azərbaycan.-2013.- 31 may.- S.8.