«Gələcəyə baxış» Forumunun «Ağ ev, xalq və dünya» mövzusundakı xüsusi sessiyasında Azərbaycanın
ABŞ üçün əhəmiyyətindən
danışılmışdır
Mayın
29-da Bakıda Heydər Əliyev Mərkəzində "Gələcəyə
baxış" Azərbaycan-ABŞ Forumu çərçivəsində
"Ağ ev, xalq və dünya" mövzusunda xüsusi
sessiya keçirilmişdir.
AzərTAc
xəbər verir ki, Almaniyanın Marşal Fondunun Transatlantik
Akademiyasının tədqiqatçısı Coşua Volkerin
moderatorluğu ilə keçirilən sessiyada ABŞ Prezidenti
Barak Obamanın sabiq baş müşaviri Robert GİBS məruzə
ilə çıxış etmişdir.
Məruzəçi ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək iqtisadi, enerji, təhlükəsizlik sahələrində əlaqələrimizin regional əməkdaşlığın möhkəmlənməsi baxımından əhəmiyyətini qeyd etmişdir.
Vurğulanmışdır ki, Azərbaycan regionda həm iqtisadi, həm də siyasi baxımdan nüfuzlu və multi-mədəni cəmiyyəti olan müstəqil, çiçəklənən ölkədir. Azərbaycan regionda belə əhəmiyyətli, vacib tədbirlərin keçirilməsi baxımından lider ölkə sayıla bilər.
Sonda
sessiya iştirakçılarını maraqlandıran suallar
cavablandırılmış, mövzu ilə bağlı
müzakirələr aparılmışdır.
Azərbaycan.-2013.- 30 may.- S.8.