UNESCO-nun baş direktoru İrina Bokova Azərbaycana səfərə gəlmişdir

 

UNESCO-nun baş direktoru İrina Bokova mayın 29-da Azərbaycana səfərə gəlmişdir. AzərTAc xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda İrina Bokovanı UNESCO-nun Bakı ofisinin rəhbəri Günay Əfəndiyeva və digər rəsmi şəxslər qarşıladılar.

Jurnalistlərə müsahibəsində İrina Bokova bildirmişdir ki, gəlişinin məqsədi İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək, əməkdaşlıq və anlaşma mövzusunda müzakirələr aparmaqdır. Biz qlobal dünyada yaşayırıq, burada suallar xüsusi kəskinliklə qoyulurçox sayda dinlərarası, etnik zəmində yaranan münaqişələr mövcuddur. Bunlar hamısı yüksək səviyyədə diqqət tələb edirdünya liderlərinin iştirakı ilə həll oluna bilər. Bu forumda isə çoxsaylı siyasi liderlər və nazirlər toplaşaraq mövcud problemlərin həlli yolunu tapmağa çalışacaqlar. Məz buna görə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox vacib tədbirdir.

İrina Bokova vurğulamışdır ki, UNESCO ilə Azərbaycan bir çox sahələrdə uğurlu əməkdaşlıq edir. Bizim bu forum çərçivəsində bir daha əməkdaşlığımızı təsdiqləmək və möhkəmləndirmək imkanımız vardır.

 

 

Azərbaycan.-2013.- 30 may.- S.10.