Prezident İlham
Əliyev Avropa Şurası Parlament Assambleyasının sabiq
prezidenti, Azərbaycan-Niderland Dostluq Cəmiyyətinin sədri Rene Van der
Lindeni qəbul etmişdir
Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Azərbaycan-Niderland Dostluq Cəmiyyətinin sədri Rene Van der Lindeni qəbul etmişdir.
Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Azərbaycan-Niderland Dostluq Cəmiyyətinin sədri Rene Van der Linden İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik etdi.
Görüşdə ölkələr və xalqlar arasında humanitar və mədəni əlaqələrin daha da möhkəmləndirilməsi baxımından Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti qeyd edildi.
Söhbət
zamanı Azərbaycan ilə Niderland arasında iqtisadi, biznes,
təhsil və digər sahələrdə əməkdaşlığın
genişləndirilməsi üçün yaxşı
imkanların olduğu bildirildi və Hollandiya şirkətlərinin
Azərbaycanda uğurla fəaliyyət göstərdikləri
vurğulandı.
AzərTAc
Azərbaycan.-2013.- 1 noyabr.- S.3.