Azərbaycan Prezidenti İlham Əliyev Fransa parlamentinin
deputatları və senatorlarından
ibarət nümayəndə heyəti ilə
görüşmüşdür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva oktyabrın 31-də Fransa parlamentinin deputatları və senatorlarından ibarət nümayəndə heyəti ilə görüşmüşlər.
Fransa parlamentinin deputatları və senatorları Prezident İlham Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik etdilər.
Görüşdə Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun dünya ölkələri arasında müxtəlif sahələrdə əlaqələrin genişlənməsinə yeni töhfələr verəcəyi qeyd edildi. Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirildi. Parlamentlərarası dostluq qruplarının əməkdaşlığının iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsindəki rolu vurğulandı.
Görüşdə
Azərbaycan ilə Fransa arasında əlaqələrin bundan
sonra da genişlənəcəyinə əminlik ifadə
edildi.
AzərTAc
Azərbaycan.-2013.- 1 noyabr.- S.3.