Azərbaycan Prezidenti İlham Əliyev ISESCO-nun
baş
direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul etmişdir.
ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri dövlət başçısını prezident seçkilərində uğurlu qələbəsi münasibətilə təbrik etdi.
Görüşdə Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu mədəni, humanitar və digər sahələrdə dünyada gedən proseslərin müzakirəsi üçün növbəti əlverişli fürsət kimi dəyərləndirildi.
Söhbət
zamanı Azərbaycan ilə ISESCO arasında əməkdaşlığın
yüksək səviyyədə olduğu və əlaqələrin
bundan sonra da genişlənəcəyinə əminlik
bildirildi.
AzərTAc
Azərbaycan.-2013.- 1 noyabr.- S.3.