Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın

 keçmiş prezidenti Boris Tadiçi qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Serbiya Respublikasının keçmiş prezidenti Boris Tadiçi qəbul etmişdir.

Serbiya Respublikasının keçmiş prezidenti Boris Tadiç yenidən Prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik etdi.

Görüşdə Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun ölkələr və xalqlar arasında dialoqun genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı. Söhbət zamanı Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

 

 

AzərTAc

Azərbaycan.-2013.- 1 noyabr.- S.3.