Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın keçmiş
prezidenti
Emil Konstantineskunu qəbul
etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Rumıniya Respublikasının keçmiş prezidenti Emil Konstantineskunu qəbul etmişdir.
Rumıniya Respublikasının keçmiş prezidenti Emil Konstantinesku yenidən Prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik etdi.
Görüşdə
dünyanın müxtəlif ölkələrini təmsil edən
tanınmış ictimai xadimlərin, görkəmli elm
adamlarının iştirak etdikləri III Bakı Beynəlxalq
Humanitar Forumunun əməkdaşlığın genişləndirilməsi
baxımından əhəmiyyəti vurğulandı, Azərbaycan
ilə Rumıniya arasında münasibətlərin müxtəlif
sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar
çərçivəsində uğurla inkişaf etdiyi məmnunluqla
qeyd olundu, əməkdaşlığımızın
gələcəkdə daha da möhkəmləndiriləcəyinə
əminlik bildirildi.
AzərTAc
Azərbaycan.-2013.- 1 noyabr.- S.3.