Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın

 keçmiş prezidenti Arnold Rüüteli qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Estoniya Respublikasının keçmiş prezidenti Arnold Rüüteli qəbul etmişdir.

Estoniya Respublikasının keçmiş prezidenti Arnold Rüütel yenidən Prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik etdi.

Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumunun əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı bildirildi, Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğu vurğulandı, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminlik ifadə olundu.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 1 noyabr.- S.3.