Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Fürsətdən istifadə edərək yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Seyşel hökuməti və xalqı adından ən səmimi və hərarətli təbriklərimizi Sizə çatdırmaqdan məmnunam.

Seçkilərdə parlaq qələbə qazanmağınız Azərbaycan xalqının Sizə bəslədiyi dərin inamın sübutu və ifadəsidir.

Xalqlarımız arasındakı əlaqələr həmişə yüksək səviyyədə olmuşdurümidvaram ki, bu möhkəm dostluq və əməkdaşlıq münasibətləri Sizin rəhbərliyiniz altında daha da güclənəcəkdir.

Ali dövləti vəzifənizin yerinə yetirilməsində Sizə bir daha uğurlar diləyirəm.

Zati-aliləri, seçkilərdəki qələbəniz münasibətilə təbriklərimi və ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

 

 Ceyms Aleks MİŞEL,

Seyşel Adaları Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  1 noyabr.- S. 5.