Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində əldə etdiyiniz möhtəşəm qələbə münasibətilə Sizi Ümumdünya SOS Uşaq Kəndləri ailəsi adından və şəxsən öz adımdan təbrik edirəm.

Gözəl ölkənizə fevral ayında etdiyim səfəri hələ də xatırlayıram və göstərdiyiniz qonaqpərvərliyə görə Sizə bir daha təşəkkürümü bildirirəm.

Əminəm ki, rəhbərliyinizlə Azərbaycan ilə SOS Uşaq Kəndləri arasında əlaqələr daha da güclənəcəkdir. Sizin bu sahədə davamlı dəstəyinizə ümid edirik.

Sizi əmin edirik ki, Azərbaycanda daha çox uşaq və gəncə xidmət etmək bizim üçün qürurlu və məsuliyyətli işdir.

Ən xoş arzularla,

 

 

Siddharta KAUL,

"SOS" Uşaq Kəndləri təşkilatının prezidenti

Azərbaycan.-2013.-  1 noyabr.- S. 5.