Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Çox hörmətli İlham Heydər oğlu!

Qədim Dərbəndin ədəbi ictimaiyyəti prezident seçkilərində  inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir.

Əminik ki, Azərbaycan Sizin müdrik rəhbərliyiniz ilə dünyanın ən firavan ölkələrindən birinə çevriləcəkdir. Bunun üçün Sizin bütün imkanlarınız və resurslarınız vardır.

Əziz İlham Heydər oğlu, ali dövləti vəzifəyə seçilməyiniz münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Azərbaycan xalqına əmin-amanlıq və rifah, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayırıq.

Qədim Dərbəndin ədəbi ictimaiyyəti adından hörmətlə,

 

 

 

Tahir SALEH,

"Gülüstan" Beynəlxalq Ədiblər İttifaqının prezidenti, Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi, Rusiya Jurnalistlər İttifaqının üzvü, şair

Azərbaycan.-2013.-  1 noyabr.- S. 5.