Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu!

Ali dövləti vəzifədə fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Dağıstanın Baş nazirinin birinci müavini vəzifəsində çalışdığım uzun illər boyu qardaş Azərbaycan ilə əməkdaşlıq məsələlərinə rəhbərlik edərkən mənə dahi atanız Heydər Əliyev ilə və Sizinlə görüşmək, xalqlarımız arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsi naminə birgə çalışmaq xoşbəxtliyi nəsib olmuşdur.

Azərbaycanın iqtisadi inkişaf sahəsində qazandığı uğurlar, onun beynəlxalq nüfuzunun möhkəmlənməsi, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafı bizi ürəkdən sevindirir.

Azərbaycan xalqı bir daha sübut etdi ki, dahi Heydər Əliyevin başladığı və Sizin ləyaqətlə davam etdirdiyiniz inkişaf xəttini bütünlüklə dəstəkləyir.

Sizi bir daha təbrik edirəm, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

Qitinoməhəmməd HACIMƏHƏMMƏDOV,

Dağıstan Xalq Məclisinin deputatı, "Rosselxozbank" ASC-nin Dağıstan filialının direktoru

Azərbaycan.-2013.-  1 noyabr.- S. 5.