Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri, möhtərəm cənab Prezident!
Sizi ölkənizdə keçirilmiş prezident seçkilərində inamlı qələbəniz münasibətilə Almaniya İqtisadiyyatının Şərq Komitəsi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Ali dövləti vəzifədə Sizə möhkəm cansağlığı, uğurlar diləyirəm. Əminəm ki, ölkənizin iqtisadi, sosial və ictimai tərəqqisinə xidmət edən məqsəd və planlarınız Azərbaycan-Almaniya münasibətlərinin, xüsusilə iqtisadi əlaqələrin davamlı inkişafına töhfə verəcəkdir.
Fürsətdən
istifadə edərək Sizi əmin edirəm ki, ümumilikdə
Almaniya iqtisadiyyatı və xüsusi olaraq Almaniya
İqtisadiyyatının Şərq Komitəsi Azərbaycanın
iqtisadiyyatının müasirləşməsi və
inkişafında, eləcə də hər iki ölkə
arasındakı münasibətlərdə etibarlı tərəfdaşdır.
Zati-aliləri,
icazə verin Sizi əmin edim ki, biz bu istiqamətdə aktiv fəaliyyətimizi
davam etdirəcəyik.
Dərin hörmətlə,
Ekard CORDES,
Alman İqtisadiyyatının Şərq
Komitəsinin sədri
Azərbaycan.-2013.- 1 noyabr.- S. 5.