Baş Prokurorluğun nümayəndə heyəti prokurorların

16-cı Forumunda iştirak etmişdir

 

Avstriyanın Vyana şəhərində Avropa Komissiyası, Avstriyanın Ədliyyə Nazirliyi və Almaniyanın Saksoniya vilayət prokurorluğunun birgə təşkilatçılığı ilə korrupsiyatransmilli mütəşəkkil cinayətkarlıqla mübarizə məsələlərinə həsr olunmuş prokurorların 16-cı Forumu keçirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, forumun sessiyalarında korrupsiyatransmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahələri üzrə ixtisaslaşmış qurumların rəhbər vəzifəli şəxsləri, beynəlxalq ekspertlər, habelə nüfuzlu elmi işçilər iştirak etmişlər.

Tədbirdə Azərbaycan Respublikasını Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Orxan İsayev təmsil etmişlər.

Forumun korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunmuş ilk sessiyasında çıxış edən Kamran Əliyev ölkəmizdə həyata keçirilən kompleks, ardıcıl və sistem xarakterli qanunvericilikinstitusional tədbirlər barəsində geniş məlumat verərək Azərbaycanda korrupsiyaya qarşı səmərəli mübarizənin Prezident İlham Əliyevin güclü siyasi iradəsi əsasında mümkün olduğunu xüsusi vurğulamışdır. Bu sahədə cəzaların daha da sərtləşdirildiyini diqqətə çatdıran K.Əliyev preventiv tədbirlərin həyata keçirilməsinə də böyük önəm verildiyini bildirmişdir. O, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində yaradılmış "ASAN xidmət" mərkəzlərinin fəaliyyətini belə qabaqlayıcı tədbirlərin bariz nümunəsi kimi göstərmişdir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müasir tələblərə cavab verən yeni inzibati binasının istifadəyə verilməsini diqqətə çatdıran idarə rəisi bu istiqamətdə fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə ardıcıl və kompleks tədbirlərin həyata keçirildiyini, beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirildiyini bildirmişdir.

Forum iştirakçılarına Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirləri, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyəti barədə göstəriciləri əks etdirən bukletkitabçalar paylanılmışdır.

Tədbir çərçivəsində Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbəri Martin Kreutner, Avstriyanın İqtisadi Cinayətkarlığa və Korrupsiyaya qarşı mübarizə üzrə Prokurorluğunun rəhbəri xanım İls-Maria Vrabl-Sanda, habelə bir sıra digər nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirilməklə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

 

Azərbaycan.-2013.-  1 noyabr.- S. 8.