Sahibkarlığın inkişafını təmin edən seçim

 

Müstəqil Azərbaycanın tarixinə əlamətdar hadisə kimi daxil olaraq ictimai həyatın bütün sahələrində inkişafa yeni təkan verən 2013-cü ilin 9 oktyabr seçkiləri nəticə etibarilə cəmiyyətin bütün təbəqələrinin mənafelərini özündə ehtiva edən Heydər Əliyev siyasi kursunun davamlılığını şərtləndirən əsas amildir.

 

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlar xalqın son seçkilərdə alternativsizprinsipial seçimini təmin etmişdir. Ötən illərdə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafelərini özündə əks etdirməsi dövlət başçısı İlham Əliyevin yüksək bilik və intellektə, təcrübə və istedada, geniş dünyagörüşə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğunu bir daha nümayiş etdirdi.

 

Ümumilikdə geridə qalan 10 il Azərbaycan dövlətinin yüksəlişi və öz hədəflərinə yetişməsi üçün formalaşdırdığı böyük potensialın bütün əzəməti ilə reallığa çevirdiyi əlamətdar mərhələdir. Müdrik xalqımızın 10 il öncə inanıb taleyini etbar etdiyi cənab İlham Əliyev həyata keçirdiyi qlobal layihələrlə ümummilli liderin zəngin dövlətçilik işində müəyyən olunmuş böyük amalları faktlaşdıran, həyat gerçəklərinə çevirən qüdrətli siyasi xadim olduğunu təsdiqləmişdir. Dövlət başçısının yürütdüyü siyasətin məqsədyönlüyü, ardıcıllığı, obyektiv gerçəkliyə əsaslanması bir sira strateji sahələrdə əldə olunmuş uğurlar fonunda aydın görünür.

 

Azərbaycan xalqının İlham Əliyevin rəhbərliyi altında qısa müddətdə qazandığı yüksək nəticələr dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi ilə bağlıdır. Bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zamanda sürətlə adlayan Azərbaycan bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna, Avratlantik məkana inteqrasiya kursuna, sivil Qərb dəyərlərinə sadiqliyini sübuta yetirmişdir. Ötən dövrün sosial-iqtisadi uğurlarla müşayiət olunan inkişaf göstəriciləri Avratlantik məkana inteqrasiya kursunu əzmlə davam etdirən, transmilli enerjikommunikasiya layihələrini həyata keçirən, Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan müstəqil respublikamızın sosial-iqtisadi sahədə də yüksək dinamizmlə inkişaf etdiyini təsdiqləyir. Son illər Azərbaycanın ümumi daxili məhsulunun artım tempinə görə dünyanın lider dövlətlərindən biri olaraq qalması ölkə rəhbərliyinin müəyyənləşdirdiyi iqtisadi prioritetlərin elmi əsaslara söykəndiyini sübut edir. Cənab İlham Əliyev hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirməklə onların icra prosesini şəxsi nəzarətində saxlamış, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər etmişdir.

 

Qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, yeni istehsalat müəssisələrinin açılması, işsizlik probleminin, yoxsulluğun tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi məsələləri son 10 ildə dövlət bascısı İlham Əliyevin iqtisadi siyasətinin əsas istiqamətlərini təşkil etmişdir. Ölkə rəhbəri özünəməxsus siyasi məharətlə dövlətə rəhbərlik fəaliyyətinin bütün məqamları arasında qırılmaz bağlılığa, məntiqi ardıcıllığa nail olmuş, Azərbaycanda dövlət idarəçiliyinin özünəməxsus mükəmməl sistemini formalaşdırmış, bu sistemin xalqın mənafeyinə uyğun həyata keçirilməsini təmin etmişdir.

 

Ölkə Prezidentinin xalqın mənafeyini daim uca tutmaqla həyata keçirdiyi iqtisadi siyasət strategiyasının uğurları ilk növbədə respublikamızın ötən 10 ildə qazandığı makroiqtisadi göstəricilərdə öz əksini tapır.

 

Bu müddətdə ölkə iqtisadiyyatı 3,4 dəfə artmış, ölkə iqtisadiyyatına 150 milyard dollar investisiya qoyulmuşdur. Dövlət büdcəsinin həcmi 20 dəfəyədək artmış, strateji valyuta ehtiyatlarının həcmi 30 dəfə çoxalaraq 49,4 milyard dollara çatmışdır. Cənubi Qafqazda iqtisadiyyatın 80 faizi, strateji valyuta ehtiyatlarının isə 91 faizi respublikamızın payına düşür. Bunlardan başqa, MDB məkanında iqtisadiyyatda keçid dövrünü başa vuran ilk dövlət olan Azərbaycan həm də milli iqtisadiyyatın rəqabət qabiliyyəti göstəricilərinə görə 144 dövlət arasında 39-cu yerdədir. Ötən 10 ildə sahibkarlıq subyektlərinin sayı 2,9 dəfə çoxalıb, 3592 istehsal və xidmət müəssisəsi yaradılıb, 1 milyon 200 mindən artıq yeri açılıb, işsizlik 5 faizə düşüb. Bu dövrdə əhalinin sosial müdafiəsinə və təminatına yönəldilən dövlət vəsaitinin həcmi 9 dəfə, pensiyalar 10 dəfə, maaşlar isə 6 dəfə artıb, yoxsulluq 10 dəfə azalaraq 6 faizdən də aşağı enib.

 

Ötən 10 ildə Azərbaycanda sosial-iqtisadi infrastruktur da tamamilə yenilənib. Ölkədə 2708 məktəb, 500-ə yaxın tibb ocağı tikilib və əsaslı təmir olunub. 35 olimpiya idman kompleksi istifadəyə verilib, idman qurğularının sayı 10 minə çatdırılıb. 5 beynəlxalq hava limanı, 4 avtovağzal kompleksi, 4 metropoliten stansiyası tikilib, 10 min km-ə yaxın avtomobil yolu və 207 yeni körpü istifadəyə verilibs. Bütün bunlar çoxsaylı statistik göstəricilərin bir hissəsidir. Odur ki, bu gün cənab İlham Əliyevi hər bir Azərbaycan vətəndaşı, hər bir seçici ölkənin tərəqqisinin qarantı kimi görür, ölkə başçısını inkişafın, müasirləşmənin təminatçısı kimi dəstəkləyir.

 

Sürətli inkişaf dövrünü yaşayan, BMT Təhlükəsizlik Şurasının üzvü olanbu ilin fevralından kosmik klubun üzvünə çevrilən Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilməsi və bu statusu uğurla daşıması bütün dünyanın, xüsusən bu regionu özünün iqtisadi mənafeyi baxımından vacib tərəfdaşı kimi görən Avropanın qəbul etdiyi inkarolunmaz reallıqdır. Elə buna görə də təsadüfi deyil ki, Cənubi Qafqazı əhatə edən hər hansı beynəlxalq layihənin Azərbaycanın maraqlarını nəzərə almadan həyata keçirilməsi mümkün deyil.

 

Prezident seçkilərinin nəticələri ölkəmizdə gedən ictimai-siyasi, iqtisadi proseslərin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Bu seçkilər Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirmişdir. Seçkilər şəffaf, ədalətli, azad şəkildə keçirilmişdir və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir. Beləliklə, Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz yüksək qiymətini vermişdir.

 

Azərbaycanda prezident seçkilərini izləyən beynəlxalq müşahidəçilər seçkilərin qüsursuz keçirildiyini, heç bir qanun pozuntusuna yol verilmədiyini, neqativ hadisə ilə rastlaşmadıqlarını və hər addımda peşəkarlığın şahidi olduqlarını bildirdilər.

 

Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Makroiqtisadi sabitlik şəraitində iqtisadiyyatın dinamizmə əsaslanan sürətli tərəqqisi əhalinin sosial rifah halının davamlı şəkildə yaxşılaşmasını, həmçinin onun beynəlxalq standartlara əsaslanan sosial müdafiə modelinin yaranmasını şərtləndirmişdir. Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və ilk növbədə sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan dövlət proqramları, fərman və sərəncamlar ölkəmizdə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır.

 

On il müddətində görülən işlər və nəticələr bu gün deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.

 

Azərbaycan Respublikasının vətəndaşları olaraq sahibkarlar da dövlətimizin, xalqımızın təəssübünü çəkir, onun hər uğuruna, nailiyyətinə ürəkdən sevinirlər.

 

Hər bir sahibkar aydın dərk edir ki, İlham Əliyevə səs verməklə onlar özlərinin sabahına, sahibkarlığın inkişafına səs verirlər. Ona görə də onlar prezident seçkilərinə böyük həvəslə gəlmiş, əvvəlki seçkilərə nisbətən bu dəfə fəallıq və mütəşəkkillik nümayiş etdirmişlər. Ölkənin siyasi həyatında fəal iştirak etmək, taleyüklü məsələlərin həll olunduğu məqamlarda ayıqlıq və çeviklik göstərmək Azərbaycan sahibkarlarına xas olan xüsusiyyətlərdir.

 

Ölkədə həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət gayğısının artırılmasına və ən əsası, mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılmışdır.

 

İqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan yaratmışdır, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırmışdır. Elmin son nailiyyətlərinə, texnika və texnologiyanın fasiləsiz yeniləşməsinə, innovasiya menecmentininmarketinqinin tətbiqinə, sahibkarların innovasiyarisk qabiliyyətlərinin tam reallaşdırılmasına, mülkiyyətin dövlətsizləşdirilməsinə, əsl iqtisadi yarış imkanlarını verən mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. İstehsal sferasında sahibkarlıq strukturlarının yaradılmasının məqsədəuyğun istiqamətləndirilməsi və stimullaşdırılması vasitəsilə innovasiyaya əsaslanan yüksək keyfiyyətli əmtəə və xidmətlərin təklifinin sabit artımına dövlət tərəfindən müvafiq şərait yaradılmışdır.

 

Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin daxilixarici siyasəti nəticəsində son 10 ildə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində nailiyyətlər əldə olunmuşdur. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qəbulu və müvəffəqiyyətlə icra edilməsi respublikamızın hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan vermişdir.

 

 Müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir.

 

Son illərdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlar sahibkarlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini bir daha sübut edir. Bunun bariz nümunəsi kimi 28 avqust 2013-cü il tarixdə ölkə başcısının müvafiq fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununu göstərmək olar.

 

Göstərilən qanunda onun tətbiq dairəsi, yoxlamaların məqsəd və prinsipləri, yoxlayıcı orqanların səlahiyyətləri ilə yanaşı sahibkarlara məsləhətlər verilməsi kimi çox əhəmiyyətli müddəalar nəzərdə tutulmuşdur. Hazırda ölkədə tətbiq edilən bu qanunun yoxlamaların planlı olması, yoxlamaların elektron uçotunun aparılması, vahid məlumat reyestrinin olması, sahibkarların işə məsuliyyətlə yanaşmalarına və nəticədə istehlakçıların hüquqlarının qorunmasına yönəldilmişdir.

 

Qeyd etmək lazımdır ki, bu yoxlamalar zamanı nəticələr rəsmiləşdirilir və müvafiq qərarlar qəbul edilir ki, bu zaman sahibkarların fəaliyyətinə məhdudlaşdırıcı tədbirlər həyata keçirilə bilər. Qanunda sahibkarlar tərəfindən yoxlayıcı orqanların qərarlarından şikayət etmək qaydaları da müəyyən edilmişdir ki, bu da onların hüquqlarının müdafiəsini əks etdirir.

 

Buna baxmayaraq, bəzən sahibkarlar öz fəaliyyətində müəyyən çətinliklərlə üzləşirlər. Biz çalışırıq ki, sahibkarlarla dövlət orqanları arasında körpü rolunu oynayaq. Bu sahədə xeyli planlarımız vardır. Sahibkarların qarşılaşdığı çətinliklərdə onlara yaxından kömək etmək konfederasiyanın əsas məqsədlərindən biridir.

 

Sahibkarlığa dövlət dəstəyinin bariz nümünəsi kimi 12 fevral 2013-cü il tarixdə Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013 illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin çıxışını qeyd etmək olar. O, qeyd etdi ki, "həm bölgələrdə, həm böyük şəhərlərdə sahibkarlığın inkişafı ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Bizim seçdiyimiz yol bazar iqtisadiyyatı, liberal iqtisadiyyat yoludur".

 

İkinci dövlət proqramının icrasının dördüncü ilinin yekunları bir daha təsdiq etdi ki, ölkə rəhbərliyi tərəfindən aparılan iqtisadi inkişaf strategiyası düzgündür və Azərbaycanın daha böyük uğurlar qazanmasına imkan yaradacaqdır.

 

2013-cü ildə sahibkarlığın maliyyə təminatı yaxşılaşmış, güzəştli kreditlərin həcmi artmış, sahibkarlara maliyyə dəstəyi çərçivəsində 9 ay ərzində 3527 sahibkara 245 milyon manatdan çox güzəştli kredit verilmişbu layihələr hesabına 10200-dək yeni yeri açılmışdır. Kreditlərin 70 faizi regionların, 30 faizi Bakıətrafı qəsəbələrin payına düşmüş, bu kreditlərin 67 faizi aqrar sektora, 33 faizi isə sənaye məhsullarının istehsalı və emalına yönəldilmişdir.

 

Respublikada həyata keçirilən məqsədyönlü islahatlar ölkədə siyasiiqtisadi sabitliyin bərqərar olmasına, sosial-iqtisadi inkişaf meyillərinin möhkəmlənməsinə imkan yaratmışdır. İctimai həyatın bütün sahələrində dönüş yaranmış, əhalinin maddi rifah halının yaxşılaşmasında nəzərəçarpacaq uğurlar qazanılmışdır və bu uğurların qazanılmasında, təbii ki, sahibkarların rolu danılmazdır.

 

Ölkədə aparılan sosial-iqtisadi siyasətin strateji məqsədləri bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təcrübəsinə inteqrasiyanın təmin edilməsidir.

 

2013-cü ilin 9 aylıq yekunları Azərbaycanın demokratik, dünyəvi, sürətlə inkişaf edən, iqtisadi, sosialsiyasi islahatları uğurla həyata keçirən, özünü tam təmin edən, üstəlik, qonşularına da yardım əlini uzada bilən nüfuzlu dövlət olduğunu bir daha sübut edir.

 

Bu ilin oktyabr ayının 6-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti sahibkarlığın inkişafından danışarkən qeyd etdi ki, "biznes mühitinin yaxşılaşdırılması istiqamətində də çox ciddi addımlar atılır. Dövlət tərəfindən sahibkarlara böyük güzəştlərlə kreditlər ayrılır. Bütün bunlar sahibkarlığa dəstək və təkan verən addımlardır".

 

2013-cü ilin 9 ayının nəticələrinə görə, makroiqtisadi göstəricilər müsbət olmuş, inflyasiya cəmi 2,3 faiz təşkil etmişdir. Bu müddətdə qeyri-neft sektoru 10,4 faiz artmış, əhalinin pul gəlirləri təxminən 7,6 faiz çoxalmışdır. Kənd təsərrüfatında 5 faiz artım qeydə alınmış, ümumi daxili məhsulun 83 faizi özəl sektorda formalaşmışdır. Azərbaycanda strateji valyuta ehtiyatları 2013-cü ilin əvvəli ilə müqayisədə artaraq 49,4 milyard ABŞ dollarına çatmışdır

 

Artıq Azərbaycan Respublikası ikitərəfli və çoxtərəfli münasibətlərdə etibarlı tərəfdaş, beynəlxalq təhlükəsizlik və enerji sektorunda mühüm söz sahibi, dünyada etnik-dini tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir.

 

Dövlət başçısı İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elminnovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.

 

Azərbaycanda ardıcıl və dinamik inkişafı, rəqabətədavamlı iqtisadiyyatı təmin edən islahatlar nüfuzlu iqtisadi qurumlarreytinq agentlikləri, o cümlədən beynəlxalq birlik tərəfindən ciddi təhlil edilir və yüksək qiymətləndirilir. BMT-nin İnsan İnkişafı Hesabatında son 5 ilin göstəricilərinə görə Azərbaycan 169 ölkə arasında 101-ci mövqedən 68-ci yerə qalxaraq "Yüksək insan inkişafı" ölkələri kateqoriyasına daxil olmuşdur. Bu nailiyyətlərin təməlində Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "düşünülmüş siyasət, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlikuğurlu iqtisadi islahatlar dayanır".

 

Başa vurmaqda olduğumuz il sosialyönümlü büdcə siyasəti, əhalinin maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması, iqtisadisosial infrastrukturun, yol-nəqliyyat sektorunun davamlı inkişafı, eyni zamanda, dövlətimizin hərbi qüdrətinin yüksəldilməsi ilə əlamətdar olmuşdur. Ölkə rəhbərliyi səviyyəsində qəbul olunanictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən çoxsaylı konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları hazırda icra edilməkdədir.

 

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası bu işdə fəallıq göstərərək, sahibkarlara kömək etmək məqsədilə ayrıca tədbirlər planı işlənib hazırlamış və hazırda onun həyata keçirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilir.

 

Konfederasiya sosial tərəfdaşlığın subyekti kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə birlikdə ölkənin sosial-iqtisadi siyasəti və sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş bağlayır.

 

Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir. Biz yalnız sahibkarlara dəstək verməklə kifayətlənmirik, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edirik.

 

Eyni zamanda əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texnikiekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.

Azərbaycan Sahibkarlar Konfederasiyası bir çox ölkələrin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında kömək göstərir.

Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkəmizin əldə etdiyi nailiyyətlərin növbəti illərdə daha da möhkəmlənməsini nəzərdə tutur. Qarşıda duran hədəflərə nail olunması üçün Azərbaycan Sahibkarlar Konfederasiyası müvafiq tədbirlərin görülməsini planlaşdırır.

Sahibkarlığın inkişafının ən vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, konsaltinq xidmətlərinin göstərilməsidir. Bu məqsədlə bu ilin 9 ayı ərzində İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə coxsaylı tədbir - forum, sərgi, seminars. kecirilmişdir.

Hazırda Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ixrac potensialının artırılması məsələlərinə dövlət başçısı daha çox diqqət yetirir. Bu məqsədlə xaricdəki səfirliklərimiz, xarici dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri ilə geniş aparılır.

Ölkə iqtisadiyyatının bütün digər sahələrində əldə olunan yüksək nəticələr və davamlı sürətli inkişafa hesablanan sosial-iqtisadi layihələrin reallaşdırılması əminliklə deməyə əsas verir ki, ölkə Prezidentinin rəhbərliyi altında iqtisadi potensialımız 2013-cü və növbəti illərdə daha da güclənəcəkdir.

Oktyabrın 19-da keçirilmiş andiçmə mərasimi təsdiqləyir ki, Prezident İlham Əliyev müstəqil dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kurs üzərində formalaşdırır və bu kursu yeni dövrün tələblərinə uyğun zənginləşdirir. O, xalqı Heydər Əliyev ideyaları ətrafında toparlayır, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərin yarımçıq qalmış ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Bu gün hər bir sahibkar dərk edir ki, qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm vəzifələr gözləyir.

Bu il iyunun 18-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının IV Qurultayı keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaya ünvanladığı təbrik məktubunu xüsusi vurğulamaq istərdim. Hesab edirəm ki, bu məktub Azərbaycan Sahibkarlar Konfederasiyasının və ölkə sahibkarlarının son 4 ildə Azərbaycanın sosial-iqtisadi inkişafında əldə olunmuş uğurlarda fəal iştirakının nəticəsi kimi qiymətləndirilməlidir.

Qurultayda çıxış edən sahibkarlar, ölkədə ardıcıl həyata keçirilən islahatlarla bağlı respublikada bütün sahələrdə olduğu kimi, sosial-iqtisadi sahədə də uğurlu nəticələrin olduğunu vurğulayaraq ölkədə siyasi sabitliyin, iqtisadi inkişaf tempinin qorunub saxlanması ücün Heydər Əliyev ideyalarının davamçısı ölkə Prezidenti İlham Əliyevin siyasi hakimiyyətdə qalmasının vacibliyini dönə-dönə qeyd etdilər. Bütün bunların nəticəsi olaraq qurultayın yekun sənədlərində çoxminlik sahibkarlar adından cənab İlham Əliyevə müraciət qəbul edildi və 9 oktyabr seçkilərində sahibkarlar öz gələcəklərinə, öz Prezidentlərinə, cənab İlham Əliyevə səs verdilər.

Biz Azərbaycan Sahibkarlar Konfederasiyası olaraq Prezident İlham Əliyevin apardığı iqtisadi siyasəti dəstəkləyir, ölkənin dinamik inkişafına yönəlmiş bütün tədbirlərin həyata keçirilməsi prosesində yaxından iştirak etməklə öz töhfəmizi verməyə, Azərbaycanın daha da qüdrətli olması ücün qüvvəmizi səfərbər etməyə hazırıq.

 

 

Məmməd  MUSAYEV,

Azərbaycan  Respublikası Sahibkarlar (İşəgötürənlər)

 Təşkilatları Milli Konfederasiyasının prezidenti

Azərbaycan.-2013.-  1 noyabr.- S. 9.