Teatr festivalı

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Teatr Xadimləri İttifaqının təşəbbüsü ilə Bakıda oktyabrın 28-dən "2+1" Eksperimental teatr festivalı keçirilir. İttifaqın məsul katibi Kəmalə Cəfərzadənin verdiyi məlumata görə, noyabrın 6-dək davam edəcək bu festivalda əsas məqsəd gəncləri yeni yaradıcılıq axtarışlarına cəlb etmək, onların təşəbbüslərini qiymətləndirməkdir. Festivalda səkkiz kollektiv doqquz tamaşa ilə iştirak edəcək. Tiflis Azərbaycan Dram Teatrı qonaq qismində festivala dəvət olunub. Gənc Tamaşaçılar Teatrının tamaşası ilə festivala start verilib.

 

Azərbaycan.-2013.-  1 noyabr.- S. 11.