Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi İndoneziya Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Sizin yeni prezidentlik dövrünüzdə uzun illər boyu ölkələrimizin malik olduğu konstruktiv əməkdaşlıq davam etdiriləcəkdir. Qarşılıqlı əməkdaşlığımızın potensialı böyükdür. Bununla əlaqədar, mən Sizinlə əməkdaşlığın digər istiqamətlərində, xüsusilə enerji, ticarət və sərmayə qoyuluşu sahələrində çalışmağa ümid edirəm.

Mən bir daha Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, uğurlar, Azərbaycan xalqına rifah arzulayıram.

Zati-aliləri, Sizə dərin ehtiramımın olduğunu bildirirəm.

Hörmətlə,

 

 

Susilo Bambanq YUDHOYONO,

İndoneziya Respublikasının Prezidenti

Azərbaycan.-2013.-  2 noyabr.- S. 1.