III Bakı
Beynəlxalq Humanitar Forumunun BƏYANNAMƏSİ
Biz,
2013-cü il 31 oktyabr
- 1 noyabr tarixlərində
III Bakı Beynəlxalq
Forumunda iştirak etmək üçün dünyanın müxtəlif
ölkələrinin Bakıda
toplaşmış siyasət,
elm, mədəniyyət və
təhsil xadimləri,
vətəndaş cəmiyyəti
və kütləvi informasiya vasitələrinin
nümayəndələri
Birləşmiş Millətlər Təşkilatının
"Minillik Bəyannaməsi"ni və 2015-ci ildən sonrakı dövr üçün gündəliyini, həmçinin
müasir mərhələdə
qazanılmış elmi
biliklərin və humanitar əməkdaşlığın
səviyyəsinin cəmiyyətdəki
transformasiya proseslərinə
mühüm təsirini
rəhbər tutaraq;
qüvvələrin və resursların inkişafın
prioritet sahələrində
cəmləşdirilməsi üçün Minilliyin İnkişaf Məqsədlərinin
reallaşdırılması və bu istiqamətdə
2015-ci ildən sonrakı
dövrün gündəminin
müəyyənləşdirilməsi proseslərinə töhfələr
verməyə çalışaraq;
dövlətlərarası və
regional əməkdaşlığın bütün səviyyələrində
həmrəyliyin zəruriliyini,
o cümlədən inkişaf
proseslərinin davamlılığının
təmin edilməsi naminə elmi, humanitar, mədəni inteqrasiyanın aktuallığını
nəzərə alaraq;
informasiya texnologiyalarının,
dünya kommunikasiya və nəqliyyat sistemlərinin müasir inkişaf səviyyəsinin,
qlobal səfərbərliyi
sayəsində insan potensialının getdikcə
artan imkanlarının
mədəniyyətlər və
sivilizasiyalararası dialoqun
yeni yüksək dərəcəsi üçün
şərait yaratdığını
etiraf edərək;
iqtisadiyyatın istehlakın
fasiləsiz artımına
əsaslanan stimullaşdırılmasının
etik, humanitar və resurs məhdudiyyətlərinin labüdlüyünə
diqqəti yönəldərək;
istehlakın və istehsalın inkişafın
mövcud disproporsiyasını
daha da dərinləşdirən
və ciddi narahatlıq doğuran qeyri-rasional strukturunun bütün dünyada ətraf mühitin vəziyyətinin davamlı
pisləşməsinin başlıca
səbəblərindən biri
olduğunu düşünərək;
siyasi, mədəni və elmi elitanı,
beynəlxalq təşkilatları
və vətəndaş
cəmiyyəti nümayəndələrini
qloballaşma dövründə
yeni humanitar etikanın mövcud tələblərinə uyğun
qaydada əməkdaşlığın
gücləndirilməsinə çağıraraq;
davamlı insan inkişafının əsas
amillərinin qorunub saxlanılması üçün
hələ görülməli
çox işlərin
olduğunu və biliyə əsaslanan iqtisadiyyatın dəstəklənməsi
üçün:
- texnologiyaların konvergensiyası və XXI əsrin əsas çağırışları;
- iqtisadi inkişafın
humanitar aspektləri;
- elmi innovasiyalar
və onların təhsil sahəsinə tətbiqi;
- multikulturalizm və özünəməxsusluq;
- postmodern dövrdə milli özünüdərk;
- davamlı inkişaf
və ekoloji sivilizasiya;
- molekulyar biologiyanın
və biotexnologiyanın
nailiyyətləri;
- informasiya məkanının
qloballaşması şəraitində
medianın aktual məsələləri
kimi istiqamətlərdə
qazanılmış nailiyyətlərə
əsaslanmağın zəruriliyini
dərk edərək;
idarəçilik və istehsal texnologiyalarının
konvergensiyası ilə
bağlı müasir
çağırış və təhlükələrin
qlobal xarakter aldığını və
cəmiyyətin inkişafında
yeni dominantların aşkarlanması baxımından
dünya birliyinin xüsusi diqqətini tələb etdiyini təsdiqləyirik;
insan potensialının
elmi innovasiyaların təhsil sisteminə transformasiyası vasitəsilə
inkişafının davamlı
inkişaf proseslərinin
təmin olunmasına yönəlmiş səylərin
mərkəzində dayandığını,
bu sahədə işbirliyinin möhkəmləndirilməsinin
inkişafın vacib humanitar tərkib hissəsi olduğunu qəbul edirik;
multikulturalizm sahəsində
bir çox ölkələrin, o cümlədən
Azərbaycanın uğurlarını
etiraf edir və müxtəlif ölkələrin cəmiyyətdə
konsensus əldə olunmasına yönəldilən
dövlət siyasətinin
əsas tərkib hissəsi kimi qazanılmış təcrübənin
öyrənilməsini zəruri
sayırıq;
ksenofobiya, irqçilik
və dözümsüzlüyün
qarşısının alınması
və eyni zamanda tolerantlıq mədəniyyətinin formalaşdırılması
məqsədilə multikulturalizm
problemlərinin kütləvi
informasiya vasitələrində
işıqlandırılmasının vacibliyini xüsusi qeyd edirik;
postmodern
dövrdə milli özünüdərkin hər
hansı təzahürünə
qayğı və ehtiramla yanaşmanın, qarşılıqlı anlaşma
və inam şəraitində dözümlülüyün,
əməkdaşlıq və
dialoqun sülhün və təhlükəsizliyin
ən yaxşı təminatçısı olduğuna
əminlik ifadə edirik;
davamlı inkişaf
prinsiplərinin tətbiqinin
zəruriliyini vurğulayır,
bütün dövlətləri
ekoloji sivilizasiyanın
və ekoloji etikanın tələblərinə
cavab verən fəaliyyət və həyat tərzinin formalaşdırılmasına və
istehlakın şüurlu
yetərlilik səviyyəsində
təmin olunmasına dəvət edirik;
həyat keyfiyyətinin
yüksəldilməsi və
uzunömürlülüyün təmin edilməsi məqsədilə, həmçinin
hazırda dünya miqyasında bu göstəricilərdə müşahidə
olunan fərqlərin aradan qaldırılması
üçün molekulyar
biologiyanın və biotexnologiyanın nailiyyətlərinə
əsaslanan texnologiyaların
inkişafının zəruriliyini
dərk edirik;
mədəniyyətlərin dialoqunun
gerçəkləşdirilməsi və tolerantlıq mühitinin formalaşdırılması
məqsədilə beynəlxalq
strukturları və müxtəlif humanitar təşkilatları mütəmadi
olaraq forum, konfrans, diskussiya və dəyirmi masalar keçirməyə çağırırıq;
bu qəbildən forumların
hər il keçirilməsinin vacibliyini
təsdiq edir, Azərbaycan Respublikasının
Prezidentinə və Azərbaycan Respublikasının
hökumətinə, Heydər
Əliyev Fonduna, Bakı Humanitar Forumunun bütün təşkilatçılarına Bakını cari ilin 31 oktyabr - 1 noyabr tarixlərində humanitar problemlər üzrə diskussiya mərkəzinə çevirən
belə möhtəşəm
aksiyanı təşkil
etdiklərinə görə
dərin təşəkkürümüzü
bildiririk;
beynəlxalq
humanitar əməkdaşlığın təşkili və
bu istiqamətdə effektli koordinasiyanın təmin edilməsi
məqsədilə Bəyannamənin qəbul olunmasını
və istifadəsini vacib hesab edirik.
Azərbaycan.-2013.- 2 noyabr.- S. 1.