Bir sıra birinci
instansiya məhkəmələrinin hakim
və sədrlərinin təyin edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və
32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. Ceyhun Rasim oğlu Əhmədov Gədəbəy Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin.
2. Məhərrəm Ələkbər oğlu Allahverdiyev Qazax Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin.
3.
Hilal İsmayıl oğlu Xəlilov Masallı Rayon Məhkəməsinin
hakimi və həmin məhkəmənin sədri təyin
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
1 noyabr 2013-cü il
Azərbaycan.-2013.- 2 noyabr.- S.1.