Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Hörmətli İlham Heydər oğlu!
Bu il oktyabrın 9-da keçirilmiş ümumxalq seçkilərində parlaq və inamlı qələbəniz, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə bizim Ümumrusiya qeyri-hökumət təşkilatları adından səmimi təbriklərimizi qəbul edin.
Biz Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafına Sizin şəxsi töhfənizi və yürütdüyünüz, əhalinin rifahının yüksəldilməsinə, vətəndaş və qeyri-hökumət təsisatlarının dəstəklənməsinə yönəlmiş siyasətinizi, habelə dövlətlərimiz və xalqlarımız, ölkələrimizin vətəndaşları və onların birlikləri arasında hərtərəfli dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsinə yönəlmiş səmərəli fəaliyyətinizi yüksək qiymətləndiririk.
Hesab edirik ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Rusiya Federasiyasının İctimai Palatası arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Sizin dəstəklədiyiniz və bu ilin mart ayında Bakı şəhərində imzalanmış Memorandum vətəndaş cəmiyyəti təsisatları və qeyri-hökumət təşkilatları arasında Rusiya-Azərbaycan dialoqunun mühüm amili olmuşdur. Bu ilin avqustunda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı Sizin onunla birgə çıxışlarınız, o cümlədən bizim vətəndaşların və onların təşkilatlarının humanitar, elm-təhsil və mədəni-maarif sahələrində sıx əməkdaşlığını daha da möhkəmlətməyin zəruri olması haqda bəyanatlarınız Memorandumun vətəndaş təsisatlarının ikitərəfli sosial-iqtisadi və ictimai layihələrə, 2013-cü ildən başlayaraq hər il Bakı və Moskva şəhərlərində Azərbaycan-Rusiya qeyri-hökumət təşkilatlarının vətəndaş forumlarının keçirilməsinə cəlb edilməsi haqqında müddəalarının xüsusi aktuallığını bir daha təsdiq etmişdir. Bizim qeyri-hökumət birlikləri və şəxsən biz ikitərəfli vətəndaş forumlarının hazırlanmasında və keçirilməsində ən fəal surətdə iştirak etməyə, habelə ölkələrimiz üçün ictimai əhəmiyyət kəsb edən hər hansı başqa məqsədli proqram və layihələrdə iştirak etməyə hazırıq.
Sevinclə qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Prezidenti seçkiləri, o cümlədən seçkilərin yekun nəticələri, açıqlıq və şəffaflıq, habelə seçicilərin yüksək fəallığı Sizin və Azərbaycan rəhbərliyinin ölkədə demokratik prosesləri inkişaf etdirməyə sadiqliyinizi və buna çalışmağınızı, Azərbaycanda hüquqi dövlətin daha da möhkəmlənməsinə və vətəndaş cəmiyyətinin təşəkkülünə çalışmağınızı nümayiş etdirmiş, nüfuzlu beynəlxalq (o cümlədən rusiyalı) müşahidəçilər tərəfindən haqlı olaraq qeyd edilmişdir.
Yaradılmasına və sürətli inkişafına Sizin atanız, ölkəmizin böyük dostu, nurlu xatirəsinə dərin ehtiram bəslədiyimiz Prezident Heydər Əlirza oğlu Əliyevin çox qiymətli töhfələr verdiyi, müstəqil Azərbaycanın rifahı naminə çətin və məsuliyyətli fəaliyyətinizdə yeni nailiyyətlər və uğurlar arzulayırıq.
İcazə verin, Sizə və yaxınlarınıza, bütün Azərbaycan xalqına firavanlıq və tərəqqi, Sibir sağlamlığı və Qafqaz uzunömürlülüyü arzulayaq.
Sizə dərin ehtiramla və hərtərəfli əməkdaşlığımızın davam edəcəyinə əminliklə,
"İctimai etiraf" Milli Fondunun İdarə Heyəti, Qəyyumlar Şurası və Rəyasət Heyəti, "Vətəndaş cəmiyyətinə dəstək" müstəqil təşkilatı və hüquq-mühafizə, qanunvericilik və məhkəmə orqanları ilə qarşılıqlı fəaliyyət üzrə Milli Vətəndaş Komitəsi adından:
Sergey ABAKUMOV,
İdarə heyətinin sədri, Rusiya İctimai Palatasının üzvü
Qəyyumlar Şurasının və Rəyasət Heyətinin həmsədrləri:
Leo
BOKERİYA,
Bakulev
adına ürək-damar cərrahiyyəsi mərkəzinin
direktoru
Georgi QREÇKO,
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, təyyarəçi-kosmonavt
Pavel QUSEV,
"Moskovski komsomolets" qəzetinin baş redaktoru
Mark ZAXAROV,
"Lenkom" Teatrının bədii rəhbəri
Aleksandr KALYAGİN,
RF Teatr Xadimləri İttifaqının prezidenti
Sergey
KATIRİN,
Rusiya Ticarət-Sənaye Palatasının
prezidenti
Mixail
OSTROVSKİ,
RF İctimai Palatasının
katibinin birinci müavini
Henri
REZNİK,
Moskva Şəhər Vəkillər
Palatasının prezidenti
Anatoli
TORKUNOV,
Rusiya
XİN Moskva Dövlət
Beynəlxalq Münasibətlər
İnstitutunun (Universitetinin) rektoru
Vladislav
TRETYAK,
Rusiya Hokkey Federasiyasının prezidenti
Zurab
SERETELİ,
Rusiya Rəssamlıq Akademiyasının prezidenti
Aleksandr ŞİRVİNDT,
"Satira" Teatrının bədii rəhbəri
Viktor ŞMAKOV,
RF Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri
Aleksandr ŞOXİN,
Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti
Leonid YAKUBOVİÇ,
ORT
telekanalının müəllifi və aparıcısı, RF
xalq artisti
Azərbaycan.-2013.- 2 noyabr.- S. 2.