Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ABŞ-ın Tennesi ştatının Nümayəndələr Palatası adından səmimi-qəlbdən təbrik edirəm. ABŞ Azərbaycanın etnik və mədəni müxtəlifliyinin bütün aspektlərini ehtiva edən demokratik cəmiyyətə sadiqliyini yüksək qiymətləndirir.

Tennesi ştatı ölkələrimizin mövcud tərəfdaşlıq əlaqələrinin genişlənməsinin bizim ştatla Azərbaycan arasında şəhərlərin qardaşlaşması ilə davam etdirilməsində maraqlıdır. Bu ilin mayında Türkiyə-Amerika Ticarət Palatasının icraçı direktoru Alp Leventin dəvəti ilə mənim Tennesi Baş Assambleyasındakı həmkarlarımın da iştirak etdiyi xoşməramlı və ticarət fakt araşdırıcı missiyamızın səfəri Azərbaycan xalqı ilə Tennesi vətəndaşları arasında iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində qarşılıqlı mübadilənin uğurlu gələcəyinə zəmin olmuşdur.

Xahiş edirəm, yenidən Prezident seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizə ulu Tanrıdan möhkəm cansağlığı, Azərbaycan xalqına isə rifahxoş gələcək diləyirəm. Allah Sizə yar olsun.

Hörmətlə,

 

 

G.A.HARDAVEY,

ABŞ-ın Tennesi ştatı Nümayəndələr Palatasının üzvü

Azərbaycan.-2013.-  2 noyabr.- S. 2.