Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Sizi yenidən Prezident seçilməyiniz və Azərbaycan xalqını gənc demokratiyada atdığı növbəti mühüm bir addım münasibətilə təbrik edirəm.

ABŞ ilə Azərbaycan arasında ortaq strateji maraqlara əsaslanan möhkəm tərəfdaşlıq əlaqələri mövcuddur. Bizim ölkələrimiz ekstremizmin yayılmasının qarşısının alınması, qlobal miqyasda tolerantlığın təbliği uğrunda birgə fəaliyyət göstərir.

Mən böyük sədaqətlə deyə bilərəm ki, Əfqanıstan, İraq və Kosovodakı sülhyaratma əməliyyatlarına verdiyi mühüm töhfələrə görə ABŞ Azərbaycana minnətdardır. ABŞ və Azərbaycan ümumdünya insan hüquqları, azadlıq, demokratiya və müstəqilliyi dəstəkləyir.

Müxtəliflik, tolerantlıq, etnik azlıqlara və gender hüquqlarına hörmət kimi bir çox məsələlərdə bizi birləşdirən ortaq dəyərlər əlaqələrimizin bundan sonra da davamlı olacağını deməyə əsas verir. Mən demokratik prinsiplərə söykənən bu dəyərlərin Sizin ölkəni daha böyük uğurlara qovuşduracağına şübhə etmirəm.

Cənab Prezident, Azərbaycanın dostu olaraq Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

 

Helen KİLİ,

ABŞ-ın Delaver Ştatı Nümayəndələr Palatasının üzvü

Azərbaycan.-2013.-  2 noyabr.- S. 2.