Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham
Əliyevə
Zati-aliləri!
Azərbaycan Respublikası Prezidenti seçkilərində parlaq və inamlı qələbəniz münasibətilə "Mir" Dövlətlərarası Teleradio Şirkətinin çoxmillətli kollektivi adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.
İcazə verin, ali dövləti vəzifənizdə səmərəli fəaliyyətinizi uğurla davam etdirməyinizi, Azərbaycan Respublikasının iqtisadi və siyasi qüdrətinin möhkəmlənməsi və tərəqqisi naminə qarşıya qoyduğunuz məqsədlərə nail olmağınızı arzulayım.
Əmin edirik ki, "Mir" Dövlətlərarası Teleradio Şirkəti MDB ölkələrinin, Gürcüstanın və Baltikyanı dövlətlərin informasiya məkanında Azərbaycanın layiqincə təmsil edilməsi işində bundan sonra da Sizin etibarlı köməkçiniz olacaqdır.
Dərin hörmətlə,
Radik BATIRŞİN,
"Mir" Dövlətlərarası Teleradio Şirkətinin sədri
Azərbaycan.-2013.- 2 noyabr.- S. 2.