Efiopiya Azərbaycan ilə hərtərəfli
əməkdaşlıqda maraqlıdır
Noyabrın 1-də Milli Məclisin Sədri Oqtay Əsədov Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gəlmiş Efiopiya Federal Demokratik Respublikasının parlamentinin sədri Abadulla Gemeda Dagon ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, qonağı səmimiyyətlə salamlayan Milli Məclisin Sədri Azərbaycan xarici siyasətində Afrika ölkələri ilə əlaqələrə önəm verdiyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, rəsmi Bakı Efiopiya ilə iqtisadi və siyasi əlaqələr qurmaqda maraqlıdır. Bu əlaqələrin qurulması və əməkdaşlıq üçün qarşılıqlı səfərləri artırmaq və parlamentlərarası münasibətləri möhkəmləndirmək lazımdır.
Bildirilmişdir
ki, hər iki dövlətin başçıları
qarşılıqlı faydalı əməkdaşlıq
üçün siyasi iradəyə malikdirlər.
Səmimi
görüşə görə təşəkkürünü
bildirən Abadulla Gemeda Dagon Üçüncü Bakı Beynəlxalq
Humanitar Forumunun yüksək səviyyədə təşkil
olunduğunu, burada müzakirəyə çıxarılan məsələlərin
bütün iştirakçı dövlətlər
üçün faydalı olacağına əminliyini ifadə
etmişdir.
Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasında ölkəsinin maraqlı olduğunu deyən qonaq bu istiqamətdə lazımı addımların atılacağını bildirmişdir.
Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2013.- 2 noyabr.- S. 3.