Niderland Azərbaycanı dost dövlət hesab edir
Noyabrın 1-də Milli Məclisin
Sədri Oqtay Əsədov Üçüncü
Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirak etmək məqsədi ilə ölkəmizə səfərə gəlmiş
Niderland hökumətinin
Xəzər regionu, Türkiyə və Rusiya üzrə Enerji məsələlərinə
dair xüsusi elçisi, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sabiq
prezidenti, senator Rene van der
Linder ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, qonağı yenidən Azərbaycanda görməkdən məmnunluğunu
bildirən Milli Məclisin Sədri demişdir ki, cənab Rene van der Linder Azərbaycanın yaxın
dostudur. O, AŞ PA-ya rəhbərlik etdiyi müddətdə həmişə
ədalətli mövqeyi
ilə seçilmişdir.
Qonağın Azərbaycana etdiyi
səfərləri və
aparılan müzakirələri
xatırladan O.Əsədov
qeyd etmişdir ki, məhz bu
səfərlər zamanı
aparılan müzakirələrin
nəticəsində Azərbaycan
ilə AŞ PA arasında
konstruktiv əməkdaşlıq
əlaqələri qurulmuşdur.
Qeyd olunmuşdur ki, senator Rene van der Linderin fəaliyyəti nəticəsində Azərbaycan
ilə Niderlandın əlaqələri yaxınlaşmış
və iki dövlət arasında əməkdaşlıq münasibətləri
yüksələn xətt
üzrə inkişaf
edir.
Səmimi görüşə görə
təşəkkürünü bildirən Rene van der Linder
yenidən Azərbaycana
gəlişindən məmnun
qaldığını ifadə
etmişdir.
Bildirilmişdir ki, son illər Niderland dövləti bir sıra ölkələrdəki
səfirliklərini bağlamışdır. Lakin Azərbaycana verdiyi önəmə və rəsmi Bakını özünün dostu
hesab etdiyinə görə burada səfirliyini açmışdır.
Təmsil etdiyi dövlətin Azərbaycanla
hərtərəfli əməkdaşlıq
etmək istəyini vurğulayan qonaq noyabrın 18-də Niderlandın
iş adamlarından və biznes strukturlarının təmsilçilərindən
ibarət böyük
nümayəndə heyətinin
Bakıya səfər
edəcəyini nəzərə
çatdırmışdır.
Səfər çərçivəsində Azərbaycan Prezidenti tərəfindən qəbul
edildiyini və səmərəli söhbət
apardığını bildirən
senator Azərbaycan ilə
Niderlandın siyasi və iqtisadi əlaqələrinin səmərəliliyinin
artırılması və
daha da yaxşılaşdırılması
üçün əlindən
gələni əsirgəməyəcəyini
bildirmişdir.
Görüşdə
qarşılıqlı maraq doğuran bir sıra məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2013.- 2 noyabr.- S. 3.