«Multikulturalizmözgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında» mövzusunda «dəyirmi masa» maraqlı məsələlərin müzakirəsi ilə yadda qalmışdır

 

 

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu başa çatmışdır

 

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində noyabrın 1-də "Multikulturalizmözgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kamal Abdulla forumun əhəmiyyətini yüksək qiymətləndirmişdir. Rektor bildirmişdir ki, bir sıra ölkələrin sabiq prezidentlərinin, o cümlədən 45 dövlətdən alimlərin, mədəniyyət işçilərinin burada iştirakı "dəyirmi masa"ya diqqətin yüksək olduğunu göstərir.

K.Abdulla xatırlatmışdır ki, Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda dövlət başçısı İlham Əliyev multikulturalizmin müasir dünyada əhəmiyyəti barədə danışmış, bunun artıq həyat tərzimizə çevrildiyini bildirmişdir.

Serbiyanın keçmiş Prezidenti Boris Tadiç multikulturalizmin konseptual baxımdan alternativinin olmadığını demişdir. B.Tadiç bildirmişdir ki, bu forum nəzərdə tutulan multikulturalizm modeli ilə bağlı təcrübənin həyata keçirilməsinə xidmət edəcəkdir. "Mən ondan narahatam ki, bəzən bu modelin fəaliyyətini şübhə altına qoyurlar. Mən zorakılıqdan, sabitliyin pozulmasından müharibələrdən qaçmağa kömək edə biləcək multikulturalizmin təşviqini təkid etmək istərdim", - deyə sabiq Prezident bildirmişdir.

İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri demişdir ki, multikulturalizm bugünkü həyatımızın reallığıdır. O bildirmişdir ki, müasir dünyada multikulturalizmin alternativi yoxdur. Çünki dünyada müxtəlif mədəniyyətlər, dinlər mövcuddur. Bunlar cəmiyyətlərin sərvətidir. Dünyada qan tökülməsi dayandırılmalıdır. Hər kəs çalışmalıdır ki, dünyada sülh sabitlik təmin edilsin. Bu gün dünyada çoxlu sayda məcburi köçkün qaçqın vardır. Məhz elə bunları nəzərə alaraq multikulturalizm təşviq edilməlidir.

Tədbirdə çıxış edən Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesko bildirmişdir ki, insanlar arasında dini sosial ayrı-seçkilik aradan götürülməlidir. Sabiq Prezident xristianlıqla islam arasında müxtəlif mübadilələr olduğunu qeyd edərək demişdir: "Bu gün multikulturalizmdən danışırıqsa məhz dinlərarası dialoqun inkişaf etdirilməsinə diqqət yetirməliyik. Əgər söhbət müasir Avropadan gedirsə, biz dinlərarası dialoqun yayılmasına çalışmalıyıq. İnanclar düzgün prizmalardan qəbul olunmalı təhlil edilməlidir".

Latviyanın sabiq Prezidenti Valdis Zatlers forumun əhəmiyyətindən danışaraq dünyada yaşayan insanların mədəni etnik fərqlilikləri barədə fikirlərini bölüşmüşdür. V.Zatlers demişdir: "Mən multikulturalizmi gül çələnginə bənzədirəm. Ona daim qulluq etməliyik".

Bakıda belə bir forumun keçirilməsini yüksək qiymətləndirən Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy demişdir: "Dünyada belə bir platforma tapmaq çətindir. Çoxlu sayda qonaqların gəlməsi isə müasir varlığın ən ciddi, ən dərin əhəmiyyətli intellektual, siyasi mülki problemlərini müzakirə etməyə ehtiyacın olduğunu göstərir".

Sonra "dəyirmi masa" "Multikulturalizm cəmiyyətdə inteqrasiya problemləri" mövzusunda paneldə davam etmişdir.

İtaliyanın keçmiş Baş prokuroru İtaliano Espozito multikulturalizmi cəmiyyətin inkişafına təkan verən münaqişələrin qarşısını alan amil kimi qiymətləndirmiş, bunun hüquqi cəhətlərindən danışmışdır.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirmişdir ki, multikulturalizmin nikbin gələcəyi onun irəliləyişinə əsaslanır. E.İskəndərov qeyd etmişdir ki, müasir dövrdə hamımız gözləyirik ki, multikulturalizmin nikbin gələcəyi onun irəliləyişinə əsaslanacaq əlbəttə, harada bu irəliləyiş yoxdursa, münaqişələrin ağır nəticələrinin şahidi oluruq.

Komitə sədri bildirmişdir ki, bu yaxınlarda bütün dünyada, xüsusilə Avropada baş verənlər dinlərin müxtəlifliyinə qarşı olan dilemmanın ciddiliyini göstərir. Beynəlxalq aləm bu məsələyə biganə qalmamalıdır. Zorakılığa son qoyulmalıdır. Dözümlülük bütün cəmiyyətlərdə həyat normasına çevrilməlidir. Bu baxımdan Azərbaycanın müsbət təcrübəsi vardır.

Avstriya şahzadəsi, rəssam Letisiya Françeska Reus dünya mədəniyyətinin bu gün şüurda necə əks olunması barədə fikirlərini bölüşmüşdür.

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva bildirmişdir ki, multikulturalizm hər bir dövlət üçün siyasi platformaya çevrilməlidir. K.Əliyeva bunun üçün xüsusi siyasi tədbirlərin hazırlanmasının vacibliyini vurğulamışdır. Kafedra müdiri tolerantlığın bir model kimi qəbul edilməsinin vacibliyini diqqətə çatdırmış, Avropanın bir çox ölkələrində ksenofobiya identikliyin hökm sürdüyünü demişdir.

Tədbirdə çıxış edən UNESCO üzrə Türkiyə Milli Komissiyasının İdarə Heyətinin üzvü Harun Təpə, Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sahibə Qafarova, İtaliyanın Siyena şəhər Tribunalının hakimi, professor Françesko Banyai, Malta parlamentinin fəxri sədri Maykl Frendo, Ukrayna Milli Elmlər Akademiyasının Ümumdünya Tarixi İnstitutunun elmi katibi Viktoriya Soloşenko, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə, ABŞ-ın Şimali Karolina Dövlət Universiteti fəlsəfə din fakültəsinin professoru Marina Bıkova başqaları etnik azlıqlar, onların milli xüsusiyyətlərinin qorunub saxlanılması məsələsinə toxunmuş, multikulturalizm vətəndaşlıq, bu istiqamətdə ümumi dəyərlərin şərhi barədə digər mövzularda çıxış etmişlər.

Daha sonra Rusiya Elmlər Akademiyası Sibir şöbəsi Fəlsəfə Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini Yuri Popkov, İordaniya Yarmuk Universitetinin dosenti Həni Həyəcni, "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyası (AZİZ) İdarə heyətinin üzvü Ariye Qut, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, İtaliya Peruca Universiteti beynəlxalq münasibətlər tarixi kafedrasının dosenti Lorensa Mediçi multikulturalizm, insan hüquqları, miqrasiya prosesləri, beynəlxalq münasibətlər digər mövzularda çıxış etmişlər.

"Dəyirmi masa"da yekun nitqi ilə çıxış edən Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən bu tədbirin önəmli çıxışlar müzakirələrlə yadda qaldığını demişdir. M.Şvıdkoy multikulturizmlə bağlı müxtəlif modellərin olduğunu bu modellərin onun inkişafına yönəldilməsinin vacibliyini diqqətə çatdırmışdır.

Sonda forumun yekun Bəyannaməsi qəbul edilmişdir.

 

Azərbaycan.-2013.-  2 noyabr.- S.6,7.