Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun «İqtisadi inkişafın humanitar aspektləri» mövzusunda «dəyirmi masa»sında aktual məsələlərdən söhbət açılmışdır

 

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu başa çatmışdır

 

Noyabrın 1-də "Hilton-Baku" Hotelində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "İqtisadi inkişafın humanitar aspektləri" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, "dəyirmi masa"ya Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, Böyük Britaniyanın Qlobal Tədqiqatlar Mərkəzinin direktoru, Uorvik Universitetinin fəxri professoru, lord Robert SkidelskiAvropa Şurası Parlament Assambleyasının fəxri üzvü Anatoli Raxanski (Ukrayna) rəhbərlik etmişlər.

Tədbiri açan professor Şəmsəddin Hacıyev bildirmişdir ki, artıq üçüncü ildir ki, keçirilən Bakı Forumu dünya miqyasında mühüm əhəmiyyət kəsb edir. Forum humanitariyanın ən aktual məsələləri üzrə beynəlxalq müzakirə platformasına çevrilmişdir. Hər üç forumun işində dünyanın siyasi elitasının görkəmli nümayəndələri, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatların təmsilçiləri, tanınmış ictimai-siyasi xadimlər iştirak etmişlər. Diqqəti cəlb edən digər xüsusiyyət forumun yüksək səviyyədə təşkilidir. Vurğulanmışdır ki, Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu möhtəşəmliyi ilə fərqlənir.

Professor Şəmsəddin Hacıyev bu "dəyirmi masa" çərçivəsində müzakirə edilməsi nəzərdə tutulan mövzular haqqında məlumat vermişdir. Bildirilmişdir ki, iqtisadi məsələlər ictimai inkişafın bünövrəsində dururiqtisadi inkişafa nail olmadan humanitar sahədə hər hansı irəliləyiş mümkün deyildir. Həmçinin bu iki sahə arasında qarşılıqlı dialektik əlaqə vardır. Bu baxımdan "dəyirmi masa"da müzakirə ediləcək məsələlər böyük əhəmiyyət daşıyır.

Böyük Britaniyanın Qlobal Tədqiqatlar Mərkəzinin direktoru, Uorvik Universitetinin fəxri professoru, lord Robert Skidelski dünyada iqtisadi inkişafın rifah termini ilə eyniləşdirildiyini, lakin bunun səhv fikir olduğunu diqqətə çatdırmışdır. "İnsanlar yüksək inkişaf etməyən cəmiyyətlərdə də xoşbəxt ola bilirlər", - deyən professor artırılmış gəlirin rifahla mütənasib olmadığı fikrini irəli sürmüşdür. Hər bir cəmiyyətin öz rifah modeli olduğunu deyən britaniyalı alim bunun səbəbini fərqli aspektlərdən izah etmişdir.

Avropa Şurası Parlament Assambleyasının Ukraynadan olan  fəxri üzvü Anatoli Raxanski Bakı Beynəlxalq Humanitar Forumunu çox yüksək qiymətləndirmiş və müzakirə edilən məsələlərin müvafiq problemlərin həllinə öz töhfəsini verəcəyini qeyd etmişdir.

"Dəyirmi masa"nın birinci bölmə iclası "İqtisadi inkişafın dayanıqlılığı problemi: humanitar aspektin prioritetliyi" mövzusuna həsr olunmuşdur. İclasa Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov sədrlik etmişdir.

Bölmədə ABŞ-dan olan professor, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Finn Kidland "Avropa və ABŞ-ı nə düşündürür?", Almaniya Bundestaqının deputatı xanım Helqa Daub "İqtisadi inkişafın humanitar aspektləri", Sankt-Peterburq Dövlət İqtisadiyyat Universitetinin rektoru, professor İqor Maksimtsev "İntellektual resurslar Rusiyanın dayanıqlı inkişafının hərəkətverici amili kimi", Ukrayna Prezidentinin müşaviri Yuri Boqutski "İqtisadi inkişafın humanitar aspektləri", Belçika Senatının fəxri spikeri xanım Anne-Marie Lizin "İki əlaqəli göstərici: iqtisadi inkişaf və ölkədə qadın və kişilər üçün bərabər potensialın formalaşdırılması", Litvanın Peruca Universitetinin professoru Saule Auqaytite "İqtisadi inkişafın dayanıqlılıq aspekti", Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru, professor Əvəz Bayramov "Qlobal iqtisadi inkişafın müasir paradiqması", İtaliyanın Neapol şəhərinin meri Luidci de Magistris "İqtisadi inkişafın dayanıqlılıq probleminin humanitar aspektləri: Neapol modeli" mövzularında çıxışlar etmişlər.

"Dəyirmi masa"nın ikinci bölmə iclası "Qlobal iqtisadi sistemin humanitar problemləri"nə həsr edilmişdir. İkinci bölmənin iclasına Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin rektoru, professor Viktor Qrişin sədrlik etmişdir.

Bu bölmədə "Dünya iqtisadiyyatında yoxsulluq qeyri-bərabərlik", "Siyasi iqtisadın müasir humanitar problemləri", "İqtisadi proseslərin humanistləşdirilməsinin Belarus modeli", "Həmrəylik xoşbəxtlik axtarışında", "Humanizm dayanıqlı inkişaf", "Dünya böhranı şəraitində sosial-iqtisadi siyasət: Azərbaycan təcrübəsi nailiyyətlər", "Korporativ sosial məsuliyyət münaqişə regionlarında biznes fəaliyyətinə kömək edə bilərmi?", "Hüquq iqtisadiyyat: bəzi aktual məsələlər" mövzularında çıxışlar dinlənilmişdir.

"Dəyirmi masa"nın üçüncü bölmə iclası "Qlobal iqtisadi inkişafın yeni mərhələsi: problemlər perspektivlər" mövzusuna həsr edilmişdir. Bölmə iclasına professor Şəmsəddin Hacıyev sədrlik etmişdir.

Bu bölmədə "Dayanıqlı iqtisadi inkişaf üçün zəruri olan səmərəli idarəçilik", "Strategiya 2020: innovativ inkişaf modeli - yeni sosial siyasət", "İnnovasiya, məhsuldarlığın artımı davamlı iqtisadi inkişafın növbəti hüdudları", "Azərbaycan iqtisadiyyatının 2020-ci il hədəfləri: sosial yönümlüyün perspektivləri", "Miqrantların daha yaxşı gələcəyi üçün Meksikada yeni fəaliyyətlər", "Məcburi köçkün problemi: iqtisadi inkişafda yeni sosial maneə", "Tarix təbiət", "Təminat xeyriyyəçilik: mənəviyyatın inkişafına dəstək sahəsində Ukrayna ənənəsi" mövzularında çıxışlar edilmiş müzakirələr aparılmışdır.

"Dəyirmi masa"nın sonunda forumun Bəyannaməsi qəbul olunmuşdur.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-  2 noyabr.- S.7.