Azərbaycan Respublikasının Prezidenti

zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edirəm. ABŞ ilə Azərbaycan ortaq strateji maraqlara əsaslanan güclü tərəfdaşlıq əlaqələrinə malikdir. Ölkələrimizi ekstremizmin qarşısının alınması, dünyada tolerantlığın təşviqi və inkişafın dəstəklənməsi kimi ortaq dəyərlər birləşdirir.

Həmçinin bizim ortaq dəyərlərimiz müxtəliflik, etnik azlıqlara və gender hüquqlarına hörmət kimi bir çox məsələləri özündə ehtiva edir. Hər bir demokratik sistemin əsası olan bu fundamental dəyərlərin Azərbaycan cəmiyyətində dərin kökləri vardır.

Bu qədər ümumi dəyərlərimizin olduğu bir halda Sizinlə daha sıx əlaqələrin qurulmasında maraqlıyıq. Əminəm ki, Azərbaycan demokratiya yolu ilə irəliləyərək daha da güclənəcəkdir.

Cənab Prezident, Azərbaycanın dostu olaraq Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

Pit QALLEQO,

ABŞ Konqresinin üzvü

 

Azərbaycan.- 2013.- 3 noyabr.- S.1.