Azərbaycan Respublikasının Prezidenti

zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Ümumxalq seçkiləri demokratik prosesin əhəmiyyətli bir hissəsidir. Sizin qalib gəldiyiniz bu seçkilər də Azərbaycanda demokratiyanın inkişafının növbəti mərhələsinin göstəricisidir.

ABŞ ilə Azərbaycan strateji tərəfdaşdırlar. Bu tərəfdaşlığın təməlində qarşılıqlı maraqlar dayanır. Biz Azərbaycanın ekstremizmin yayılmasının qarşısının alınması, dünyada tolerantlığın və tərəqqinin təşviqi sahəsindəki səylərini yüksək dəyərləndiririk. Azərbaycan ABŞ-ın Əfqanıstan, İraq və Kosovodakı sülhyaratma əməliyyatlarına, avropalı müttəfiqlərimizin enerji təhlükəsizliyinə  mühüm töhfələr verir. Zati-aliləri, bütün bunlar Sizin rəhbərliyinizlə Azərbaycana beynəlxalq aləmdə etibarlı tərəfdaş nüfuzu qazandırmışdır.

Cənab Prezident, Sizi bir daha təbrik edir, Azərbaycan demokratiyasının inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

A.C.VARTON,

ABŞ-ın Tennesi ştatının Memfis şəhərinin meri

 

Azərbaycan.- 2013.- 3 noyabr.- S.1.