Azərbaycan
Respublikasının Prezidenti
zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Sizi yenidən Prezident
seçilməyiniz və Azərbaycan xalqını vətəndaş
cəmiyyəti institutlarının gücləndirilməsi
istiqamətində atdığı növbəti mühüm bir addım
münasibətilə təbrik edirəm.
ABŞ
ilə Azərbaycanın ortaq strateji maraqlara əsaslanan
güclü tərəfdaşlıq əlaqələri
bir amerikalı kimi məni
çox sevindirir.
Ölkələrimizin cəmiyyətlərini müxtəliflik,
tolerantlıq, etnik azlıqlara və gender bərabərliyinə hörmət kimi bir çox
məsələlərdə ortaq dəyərlər birləşdirir. Hər bir demokratik sistemin əsası olan bu fundamental dəyərlərin
Azərbaycan cəmiyyətində dərin kökləri
vardır.
Mən
ölkənizin ağrılı problemi olan Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində
səyləri dəstəkləyir, Azərbaycanın
Avropanın enerji təhlükəsizliyi məsələlərində
liderliyini alqışlayıram.
Cənab Prezident, Azərbaycanın dostu
olaraq Sizə və xalqınıza ölkənizi
inkişaf etdirmək səylərinizdə
uğurlar arzulayıram.
Hörmətlə,
Ronald
VOLTERS,
ABŞ-ın Qərbi Virciniya ştatı parlamentinin Deputatlar Palatasının üzvü
Azərbaycan.-
2013.- 3 noyabr.- S.1.