Azərbaycan Respublikasının Prezidenti

zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. Azərbaycan vətəndaşları bu seçkilərdə bir daha Sizin liderliyinizə inam və sədaqət nümayiş etdirdilər. Demokratik prosesin əhəmiyyətli bir hissəsi olan prezident seçkilərinin nəticələri Sizin daxilixarici siyasətinizin xalq tərəfindən dəstəkləndiyini təsdiq edir. Əminəm ki, bu siyasət ABŞ ilə Azərbaycan arasında qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlıq əlaqələrini daha da gücləndirəcəkdir.

Fürsətdən istifadə edib, iyun ayında mənim və Birləşmiş Ştatlardan olan digər rəsmilərin Azərbaycana səfəri zamanı göstərdiyiniz qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümü bildirirəm. Gənc müstəqil Azərbaycanın inkişafı bizim hamımıza çox xoş təəssürat bağışlamışdır. Əminik ki, qarşıdakı illərdə Azərbaycan Sizin rəhbərliyinizlə daha da inkişaf edəcəkdir.

Ölkələrimizi etnik müxtəliflik, tolerantlıq kimi bir çox məsələlərdə ortaq dəyərlər birləşdirir. Azərbaycan cəmiyyətində bu dəyərlərin möhkəm kökləri vardır.

Cənab Prezident, Azərbaycanın dostu olaraq Sizə və xalqınıza ölkənizi inkişaf etdirmək səylərinizdə uğurlar arzulayıram və yaxın gələcəkdə ölkənizə yenidən səfər edəcəyimi səbirsizliklə gözləyirəm.

Hörmətlə,

 

Mayron LOVERİ,

ABŞ-ın Tennesi ştatının Memfis Şəhər Şurasının sədri

 

Azərbaycan.- 2013.- 3 noyabr.- S.1.