«Azərbaycan
Respublikasında Ünvan Reyestrinin
fəaliyyətini
təmin edən
informasiya sistemi haqqında
Əsasnamə»nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Ünvan Reyestrinin məlumat bazasının elektron idarə
edilməsini, digər dövlət
orqanlarının informasiya sistemləri ilə
inteqrasiyasını təmin etmək məqsədi ilə,
"Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr
tarixli 27 nömrəli fərmanı ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin
aparılması və daşınmaz əmlak obyektlərinə
ünvan verilməsi Qaydaları"nda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 10 fevral tarixli 590 nömrəli fərmanına
uyğun olaraq qərara alıram:
1. "Azərbaycan Respublikasında Ünvan
Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi
haqqında Əsasnamə" təsdiq edilsin (əlavə
olunur).
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
2.1. iki
ay müddətində Azərbaycan
Respublikasında Ünvan Reyestrinin
fəaliyyətini təmin edən informasiya
sisteminə məlumatların daxil edilməsi
və həmin məlumatlardan istifadə mexanizmi
barədə texniki reqlamenti
təsdiq etsin;
2.2. iki
ay müddətində Azərbaycan
Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.3. iki
ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu fərmana
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.4. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının bu fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.5. Azərbaycan Respublikasında Ünvan
Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminin
təşkili və saxlanılması ilə bağlı maliyyə
məsələlərini həll etsin;
2.6. bu fərmandan irəli gələn digər
məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli
aktların bu fərmana uyğunlaşdırılmasını
təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Azərbaycan Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi Azərbaycan Respublikasında Ünvan
Reyestrinin fəaliyyətini təmin edən informasiya sisteminin
fəaliyyətinin təşkili və ondan səmərəli
istifadənin təmin edilməsi üçün zəruri tədbirlər
görsün.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 noyabr 2013-cü il
Azərbaycan.-
2013.- 3 noyabr.- S.1.