«Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsasnaməsinin

 və strukturunun təsdiq edilməsi haqqında» Azərbaycan

Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli

518 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹6, maddə 416; 2004, ¹6, maddə 440, ¹9, maddə 674; 2005, ¹6, maddə 491, ¹12, maddə 1102; 2006, ¹7, maddə 592, ¹8, maddə 659; 2007, ¹6, maddə 615, ¹9, maddə 869, ¹10, maddə 947, ¹11, maddə 1106; 2008, ¹3, maddə 168, ¹8, maddə 719; 2009, ¹5, maddə 322, ¹12, maddə 983; 2010, ¹2, maddə 83, ¹3, maddə 185; 2011, ¹2, maddə 85; ¹6, maddə 508, ¹9, maddə 791; 2012, ¹9, maddə 852; 2013, ¹5, maddə 511 ) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu"nun 2-ci hissəsinin on birinci abzası aşağıdakı redaksiyada verilsin:

"İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 noyabr 2013-cü il

 

Azərbaycan.- 2013.- 3 noyabr.- S.1.